Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda gücləndirilmiş monitorinqlər davam edir

05 avqust 2020 | 16:00

Səbail rayonu ərazisində koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir.
Səbail rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən əhali arasında maarifləndirmə işləri aparılır, eyni zamanda fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində monitorinqlər həyata keçirilir.
Mobil qruplar rayonun mərkəzi hissəsində, Badamdar və Bibiheybət qəsəbələrində eləcə də, Bayıl və 20-ci yaşayış sahələrində əhalinin sıx toplaşdığı ərazilərdə insanlar arasında koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, karantin rejimi tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işini davam etdirirlər.
Səbail rayonunda xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarəti təmin etmək məqsədi ilə mobil qruplar vasitəsilə gündəlik olaraq əhalinin xüsusi karantin rejiminə əməl etməsinə nəzarət qətiyyətlə davam etdiriləcək. Nizam-intizami pozan şəxslər barəsində isə qanuni tədbirlərin görülməsi təmin olunacaqdır.
Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargahın əsas məqsədi insan həyatı üçün təhlükə olan koronavirusla mübarizədə bütün xalqımızı həmrəy olmağa, bəşəriyyətin bəlasına çevrilən virusu yaymamaq üçün evdə qalmağa dəvət etməkdir. Vətəndaşlara şəxsi gigiyena qaydalarına əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı iki metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi şəkildə riayət etmələrini tövsiyə edirik.

Keçidlər