Səbail rayonu T. Məmmədov adına 239 nömrəli məktəbin “Heydər Əliyev və tarixi həqiqətlər” lektoriyasında Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar “Heydər Əliyevin əqli mülkiyyət xəzinəsindən” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
Mayın 12-də 163 nömrəli tam orta məktəbdə “Şuşa İli” ilə bağlı tədbir təşkil olunmuşdur. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları Şahin Talıbov və Nigar Bəylərova, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında sakinlərlə görüş keçirmişdir. İlk öncə RİH başçısı, RİHB-nın müavinləri, RİHBA-nın məsul işçiləri ilə birlikdə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edərək xatirəsini ehtiramla yad etmişlər.
Mayın 14-də RİH başçıcı Vuqar Zeynalov Səbail Rayon İcra Hakimiyyətində Vətən müharibəsinin qazisi Allahverdiyev Tural Şakir oğlu ilə görüş keçirmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsində şəhid olan Səfərov Məmmədağa Balakişi oğlunun doğum günü münasibətilə ailə üzvlərini ziyarət etmişlər. İlk öncə Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 4-cü döngə, ev 8A ünvanında şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında şəhid Məmmədağa Səfərovun barelyefi, eyni zamanda büstü önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Şıx yaşayış massivində bir qrup sakin ilə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri və qəsəbə ağsaqqalları iştirak etmişlər.
Mayın 11-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında sakinlərlə səyyar qəbul-görüşü keçirilmişdir.
Dünyaşöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Səbail Rayon İcra Hakimiyyəti kollektivinin üzvləri Ümummilli Liderin Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb.
Mayın 5-də Səbail Rayon İcra Hakimiyyətində çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirə salınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkil edilməsi məqsədilə müşavirə keçirilmişdir.
Mayın 6-da Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Nizami Kino Mərkəzində tədbir təşkil olunmuşdur. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, Millət vəkili Nigar Arpadarai, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın məsul əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mayın 4-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Bayıl yaşayış massivi, Ziya Yüsifzadə küçəsində yerləşən “Səbail” parkında sakinlərlə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və bir qrup sakin iştirak etmişdir.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Cavidan Ağayevin anası Gülnarə xanımı doğum günü ilə əlaqədar yaşadığı evdə ziyarət edərək təbrik etmişlər.
Aprelin 26-da Tofiq Quliyev adına 12 nömrəli Onbirillik musiqi məktəbinin direktoru Gülnarə Səfərovanın yubileyinə həsr olunmuş konsert proqramı keçiriImişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cı ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail RİHBA-nın məsul əməkdaşları və rayonun səhiyyə müəssisələrinin rəhbərləri Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyev və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, onların əziz xatirələrini dərin ehtiramla yad edərək məzarları önünə gül dəstələri düzmüşlər.
Aprelin 27-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Bibiheybət qəsəbəsi, 75-ci küçədə sakinlərlə səyyar qəbul-görüşü keçirilmişdir.
Aprelin 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Tofiq Quliyev adına 12 nömrəli Onbirillik musiqi məktəbinin bəstəkarın 105 illik yubileyinə həsr olunmuş hesabat konserti keçiriImişdir.
Səbail Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir.
İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında imkansızlara yardım göstərmək, onlara dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Səbail rayonununda iftar süfrələri təşkil olunur.
22 aprel Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədi ilə Şıx çimərliyinin sahil zolağı və yol kənarı boyunca iməclik aksiyası keçirilmişdir.
Səbail rayonunda Vətən müharibəsi şəhidi Murad Qurbanovun anası Mehriban xanımı doğum günü ilə əlaqədar RİH başçısının müavini Kəmalə Həşimova və RİHBA-nın məsul əməkdaşları yaşadığı evdə ziyarət edərək təbrik etdilər.
Səfərdə Millət vəkili Nigar Arpadarai, Səbail RİH başçının müavini Kəmalə Həşimova və şəhid ailələrinin üzvləri iştirak etmişlər.
Aprelin 20-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, M.Muxtarov küçəsində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və bir qrup sakin iştirak etmişdir.
Aprelin 15-də Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının birgə təşəbbüsü ilə “Şuşa İli” ilə əlaqədar tədbir keçirilib.
Aprelin 15-də Səbail Rayon İcra Hakimiyyətində “İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı Tədbirlər Planı çərçivəsində “Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov, Səbail RİHBA-nın əməkdaşları, RİHBA-nın sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri iştirak etmişlər.
Aprelin 14-də 132-134 nömrəli Təhsil Kompleksində ənənəvi “Fransa günü” keçirildi. Tədbirdə Fransanın Azərbaycandakı Səfiri Zakari Qros, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi İlqar Dadaşov, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin marketinq idarəsinin rəisi Mehman Kərimov, eləcə də Səbail rayon İcra Hakimiyyətinin, Azərbaycan Dillər Universitetinin nümayəndələri və dəvət olunan çoxsaylı qonaqlar iştirak etdilər.