Şriftin ölçüsü :

Saytın rəngi :

Ağayev Cavidan Mirzağa oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu

03 oktyabr 2021 | 16:00

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Ağayev Cavidan Mirzağa oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Cavidan Ağayev oktyabrın 2-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Cavidan Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bu gün Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri,  RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları tərəfindən şəhid Ağayev Cavidan Mirzağa oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Vətən Müharibəsi şəhidi Cavidan Ağayevin məzarı önündə çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov öncə şəhidin ailə üzvlərinə başsağlığı vermiş, belə igid, qəhrəman oğul böyütdüklərinə görə onlara təşəkkürünü bildirmiş, ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını qeyd etmişdir.
Şəhidin atası Mirzağa Ağayev şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar və yüksək işlərə görə dərin minnətdarlığını bildirmişdir.

Keçidlər