Səbail Rayon
İcra Hakimiyyəti

 
  -cu il

 

Səbail rayonunun tarixi
Qəsəbələr
Səbail RİH Başçısı
Hüquqi sənədlər
Struktur
Fotoalbom
Əlaqə
Linklər
Arxiv
 

Yerli İcra Hakimiyyəti:
Səbail rayon İcra Hakimiyyəti,
Ünvan:
AZ1000, Ü.Hacıbəyov 30,
Tel:(+994 12) 493-10-55
Fax:(+499 12) 498-71-47
E-mail:
aparat@sabail-ih.gov.az

Yerli özünüidarəetmə orqanı:

Səbail bələdiyyəsi,
Ünvan: Neftçilər pr.
Tel:(+994 12) 492-42-16

Bakı 20-ci əsrin əvvəllərində
Bakı 20-ci əsrin əvvəllərində

Paytaxtın xəritəsi




Daxili Qoşunların «N» saylı hərbi hissəsində görüş keçirilmişdir


Məktəblilərin ibtidai hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi və vətənin gələcək müdafiəçilərinin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində işlərin daha da artırılması hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində rayonun hamilik etdiyi cəbhə bölgəsindəki «N» saylı hərbi hissənin, həmçinin rayonda yerləşən hərbi hissələrin şəxsi heyətləri il sıx əlaqələr yaradılmış və birgə tərbirlər keçirilir.

Səbail rayonu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə bu istiqamətdə sıx əlaqələr yaradılmış və möhkəm iş birliyi yaradılaraq bir sıra birgə layihələr həyata keçirilmişdir.


Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirlərdən biri 12 Mart - Azərbaycan Respublikası Daxili Qoşunlarının günü ərəfəsində Daxili Qoşunların hamiliyə götürdüyü Səbail rayonu, Badamdar qəsəbəsi 239 saylı və Sumqayıt şəhər 3 saylı orta məktəblərinin bir qrup şagirdinin Daxili Qoşunların «N» saylı hərbi hissəsi ilə tanışlığı olmuşdur.

Tədbirdə məktəblilərlə yanaşı Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanov, Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların Komandanı, general-leytenant Zakir Həsənov, Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və digər qonaqlar iştirak etmişlər.

Görüş iştirakçıları ilk öncə hərbi hissənin qərargahındakı sərgi ilə tanış oldular, Təhsil Naziri Misir Mərdanov və Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov hərbi hissənin fəxri qonaqlar kitabına imza atmışlar.


Sonra hərbi hissədə yaradılmış Daxili Qoşunların Döyüş Muzeyində qonaqlara Daxili Qoşunların yaranma tarixi, ilk komandirləri, döyüş yolu, bu günkü xidməti barədə ətraflı məlumat verildi, onlar buradakı eksponatlarla tanış oldular. İştirakçılar hərbi hissənin əsgər kazarmasına, tibb məntəqəsinə, camaşirxanasına, xidməti otaqlarına baxmış, Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdikləri silah və hərbi texnikalar, onların döyüşdə tətbiqi barədə brifinq verilmişdir. Daha sonra şəxsi heyətin gündəlik xidməti və döyüş hazırlığı, həmçinin bir sıra xüsusi əməliyyat səhnələri nümayiş etdirilmişdir. Məktəbliləri daha çox maraqlandıran hərbi hissədəki xidmət atlarının və itlərin saxlandığı yerlər olmuşdur.

Şəxsi heyət qarşısında çıxış edən Təhsil Naziri Misir Mərdanov bildirdi ki, hazırki şəraitdə Azərbaycan Ordusu ölkədə əsayişi qorumaqla yanaşı işğal altındakı torpaqları savaş yolu ilə azad etmək imkanına malikdir.


Daxili Qoşunların yaranma günü ilə bağlı şəxsi heyəti təbrik edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Daxili Qoşunların Azərbaycanın ərazi bütövlüyü uğrnda döyüşlərdə fəal iştirak etdiyini qeyd etdi və əsgərləri ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən onlar üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırdı.

Daxili Qoşunların Komandanı, general-leytenant Zakir Həsənov ictimaiyyət nümayəndələrinin hərbi hissələrə səfərlərini müsbət müsbət qarşılandığını və bunun böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. O, bildirmişdir ki, bu həm orduda baş verən yeniliklərin cəmiyyət tərəfindən müşahidəsi baxımından, həm də şəxsi heyət üçün böyük əhəmiyyət daşıyır. Əsgərlər də onların xidməti ilə maraqlananları, onların xidmətinə qiymət verilməsini gördükdə daha həvəslə xidmət keçirlər və gələcəkdə də bu cür görüşlərin keçirilməsi davam etdiriləcəkdir.

Sonda qonaqlar əsgər süfrəsinin qonağı oldular və birlikdə nahar etdilər.



























 
© 2006-2009. Səbail Rayon İcra Hakimiyyəti

Səhifə WD studiyası
tərəfindən hazırlanıb.