Səbail Rayon
İcra Hakimiyyəti

 
  -cu il

 

Səbail rayonunun tarixi
Qəsəbələr
Səbail RİH Başçısı
Hüquqi sənədlər
Struktur
Fotoalbom
Əlaqə
Linklər
Arxiv
 

Yerli İcra Hakimiyyəti:
Səbail rayon İcra Hakimiyyəti,
Ünvan:
AZ1000, Ü.Hacıbəyov 30,
Tel:(+994 12) 493-10-55
Fax:(+499 12) 498-71-47
E-mail:
aparat@sabail-ih.gov.az

Yerli özünüidarəetmə orqanı:

Səbail bələdiyyəsi,
Ünvan: Neftçilər pr.
Tel:(+994 12) 492-42-16

Bakı 20-ci əsrin əvvəllərində
Bakı 20-ci əsrin əvvəllərində

Paytaxtın xəritəsi




Səbail rayonunun təhsil müəssisələrində Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilmişdir

Xocalı faciəsinin ildönümü Səbail rayonunun təhsil müəssisələrində geniş qeyd olunmuşdur. Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun ali və orta məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilmiş, fevral ayının 26-da rayondakı bütün təhsil müəssisələrində ilk dərslər Xocalı faciəsinə həsr olunmuşdur.

Keçirilən tədbirlərdən biri rayonun qocaman tədris müəssisəlrindən olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid Eldar Məmmədov adına 189 saylı orta məktəbin kollektivi tərəfindən Xocalı faciəsinin ildönümünə həsr olunmuş ədəbi-bədii kompazisiya olmuşdur. Anım mərasimində Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovla yanaşı bir çox xarici dövlətlərin, o cümlədən İraq Respublikasının Azərbaycandakı səfiri cənab Ərşad Ömər İsmayıl, Bolqarıstan, Yaponiya, Gürcüstan, Hindistan, İtaliya, Türkiyə və Rusiyanın Azərbaycandakı səfirliklərinin məsul əməkdaşları, bir sıra dövlət qurumlanın və ictimai təşkilatların nümayəndələri də iştirak etmişlir.



Məktəbin şagirdləri tərəfindən 3 dildə – Azərbaycan, rus və ingilis dillərində hazırlanmış kompozisiya, nümayiş etdirilən film qonaqlar tərəindən diqqətlə izlənilmişdir. Bəstəkar Qoşqar Mirzəevin musiqisinə Endryu adlı xarici tələbənin yazdığı «Qarabağ» mahnısını məktəbin şagirdləri ifa etmişlər.

Sonda məktəb kollektivi adından Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatı Gənclər Forumunun Dialoq, Mədəniyyətlər və Sivilizasiyalar üzrə Baş Koordinatoru Leyla xanım Əliyevaya müraciət qəbul olunmuşdur.

Azərbaycan tarixində qanlı iz buraxan Xocalı soyqırımı Bakı Oksford məktəbində də qeyd olunmuşdur. İlk öncə məktəbin şagirdləri «Xocalı harayı» abidəsini ziyarət etmiş, abidə önünə tər çiçəklər düzmüşlər.


Daha sonra məktəbin akt zalında anım mərasimi keçirilmişdir. Mərasimin əvvəlində faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sukutla yad edilmişdir. Çıxış edən şagirdlər Xocalı soyqırımını ötən əsrin ən dəhşətli faciəsi olduğunu vurğulamışlar. Bu gün əsas məqsəd Xocalı soyqırımı haqda məlumatların dünyaya yayılması və beynəlxalq ictimaiyyətə çatdırılması olmalıdır. Anım mərasmində şagirdlərin ifasında faciənin dəhşətlərinə həsr olunmuş «Xocalı» tamaşası təqdim olunmuşdur. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecənin dəhşətləri səhnədə canlandrılmışdır. Tamaşada nümayiş etdirilən səhnələr hər bir tamaşaçını kövrəltmiş, bu yanğı onlarda düşmənə olan nifrəti və vətənə sevgini daha da artırmışdır.

Məktəbin şagirdləri Ülviyyə İsmayılova, Toğrul Dəmirzadə, Azər Qənbərov və İlkin Əsgərlinin gözəl ifasında xalq şairi Məmməd Arazın «Qalx ayağa, Azərbaycan!» şeri bütün tədbir iştirakçılarının həyəcanına səbəb olmuşdur.

Sonda şagirdlər yol verilən haqsızlıqlara baxmayaraq ədalətin qalib gələcəyi və torpaqlarımızın tezliklə azad ediləcəyinə ümüdvar olduqlarını bildirmişlər.







 
© 2006-2009. Səbail Rayon İcra Hakimiyyəti

Səhifə WD studiyası
tərəfindən hazırlanıb.