Səbail Rayon
İcra Hakimiyyəti

 
  -cu il

 

Səbail rayonunun tarixi
Qəsəbələr
Səbail RİH Başçısı
Hüquqi sənədlər
Struktur
Fotoalbom
Əlaqə
Linklər
Arxiv
 

Yerli İcra Hakimiyyəti:
Səbail rayon İcra Hakimiyyəti,
Ünvan:
AZ1000, Ü.Hacıbəyov 30,
Tel:(+994 12) 493-10-55
Fax:(+499 12) 498-71-47
E-mail:
aparat@sabail-ih.gov.az

Yerli özünüidarəetmə orqanı:

Səbail bələdiyyəsi,
Ünvan: Neftçilər pr.
Tel:(+994 12) 492-42-16

Bakı 20-ci əsrin əvvəllərində
Bakı 20-ci əsrin əvvəllərində

Paytaxtın xəritəsi




Xocalı faciəsinin ildönümü Səbail rayonunda anılmışdır

Respublikamızın hər yerində olduğu kimi Səbail rayonunda da Xocalı faciəsinin ildönümü geniş şəkildə qeyd olunmuşdur. Səbail rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilmiş, fevral ayının 26-da rayondakı bütün təhsil müəssisələrində ilk dərslər Xocalı faciəsinə həsr olunmuşdur. Rayonun mədəniyyət müəssisələrində də faciənin ildönümü ilə bağlı sərgilər təşkil olunmuş, tamaşalar göstərilmiş, sənaye, təhsil, səhiyyə və s. müəssisələrin kollektivlərinin «Xocalı harayı» abidəsinin ziyarəti təşkil edilmişdir.



Tədbirlər çərçivəsində fevral ayının 22-də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin «Şəhidlər Xiyabanı»ndakı qərərgahında Səbail rayon məktəbləri arasında Xocalı soyqırımının ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə artıq ənənəvi rayon birinciliyi keçirilmiş, qaliblərə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Fevralın 26-da rayondakı məscidlərində Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunmuş, «Bibiheybət» və İçəri şəhər «Cümə» məscidlərində ehsanlar verilmişdir.

Səbail rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Səbail rayonda məskunlaşmış 23 ailənin nümayəndələri ilə görüş keçirilmişdir. Anım mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə olkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.

Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyəti Başçısının Xocalı şəhəri üzrə nümayəndəsi Yavər Əzimov, Xocalıdan məcburi köçkün Rəhman İsmayılov və başqaları ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirmişlər.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən maddi və ərzaq yardımları təqdim olunmuşdur.




 
© 2006-2009. Səbail Rayon İcra Hakimiyyəti

Səhifə WD studiyası
tərəfindən hazırlanıb.