Səbail Rayon
İcra Hakimiyyəti

 
  -cu il

 

Səbail rayonunun tarixi
Qəsəbələr
Səbail RİH Başçısı
Hüquqi sənədlər
Struktur
Fotoalbom
Əlaqə
Linklər
Arxiv
 

Yerli İcra Hakimiyyəti:
Səbail rayon İcra Hakimiyyəti,
Ünvan:
AZ1000, Ü.Hacıbəyov 30,
Tel:(+994 12) 493-10-55
Fax:(+499 12) 498-71-47
E-mail:
aparat@sabail-ih.gov.az

Yerli özünüidarəetmə orqanı:

Səbail bələdiyyəsi,
Ünvan: Neftçilər pr.
Tel:(+994 12) 492-42-16

Bakı 20-ci əsrin əvvəllərində
Bakı 20-ci əsrin əvvəllərində

Paytaxtın xəritəsi




Xocalı faciəsinin ildönümünə həsr olunmuş güllə atıcılığı üzrə yarış keçirilmişdir

Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi və ibtidai hərbi hazırlıq səviyyəsinin, vətənin gələcək müdafiəçilərinin sərrast atıcılıq bacarıqlarının artırılması məqsədilə Səbail rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsi və Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə birgə Səbail rayon məktəbləri arasında Xocalı soyqırımının on səkkizinci ildönümü ilə bağlı ənənəvi xarakteri daşıyan güllə atıcılığı üzrə növbəti rayon birinciliyi keçirilmişdir.

Tədbirin əvvəlində yarış iştirakçıları və qonaqlar yarışın keçirildiyi Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin «Şəhidlər Xiyabanı»ndakı qərərgahında Qarabağ həqiqətlərinin beynəlxalq aləmə tanıtma İctimai Birliyinin sədri, keçmiş döyüşçü Əlövsət Qasımov tərəfindən təşkil olunmuş Xocalı soyqırımına həsr olunmuş foto sərgi ilə tanış olmuşlar.


Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri polkovnik Novruzəli Orucov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov faciənin dəhşətlərindən, bu gün gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin böyük əhəmiyyəti olduğundan danışmış, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğısını, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirməyin vacibliyini daim öz plana çəkdiyini toplaşanların nəzərinə çatdırmışlar.

Səbail rayonunun 15 orta məktəbinin komandasının iştirakı ilə keçirilən yarışlara yekun vuran münsiflər heyətinin qərarı ilə 1-ci yerə 239 saylı orta məktəbin, 2-ci yerə 2 saylı Texniki-Humanitr Elmlər liseyinin və 3-cü yerə isə 189 saylı orta məktəbin komandaları layiq görülmüş, qaliblərə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.





 
© 2006-2009. Səbail Rayon İcra Hakimiyyəti

Səhifə WD studiyası
tərəfindən hazırlanıb.