Səbail Rayon
İcra Hakimiyyəti

 
  -cu il

 

Səbail rayonunun tarixi
Qəsəbələr
Səbail RİH Başçısı
Hüquqi sənədlər
Struktur
Fotoalbom
Əlaqə
Linklər
Arxiv
 

Yerli İcra Hakimiyyəti:
Səbail rayon İcra Hakimiyyəti,
Ünvan:
AZ1000, Ü.Hacıbəyov 30,
Tel:(+994 12) 493-10-55
Fax:(+499 12) 498-71-47
E-mail:
aparat@sabail-ih.gov.az

Yerli özünüidarəetmə orqanı:

Səbail bələdiyyəsi,
Ünvan: Neftçilər pr.
Tel:(+994 12) 492-42-16

Bakı 20-ci əsrin əvvəllərində
Bakı 20-ci əsrin əvvəllərində

Paytaxtın xəritəsi




Səbail rayonunda Qızıl Aypara Cəmiyyətinin yubileyi qeyd olunmuşdur

Bu ilin mart ayında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 90 illiyi tamam olur. Bu əlamətdar yubiley tədbiri Səbail rayonunda geniş qeyd olunmuşdur. Səbail rayon İcra Hakimiyyətinində rayon rəhbərliyi, cəmiyyətin rayon bölməsinin ilk təşkilat rəhbərləri, gənc könüllüləri, rayonun idarə, müəssisələrinin, ali və orta təhsil müəssisələrində fəaliyyət göstərən ilk təşkilatların nümayəndələri, rayonun bələdiyyələrinin və ictimai təşkilatlarının rəhbərlərinin və çoxsaylı qonaqların iştirakı ilə əlamətdar yubileyə həsr olunmuş təntənəli yığıncağı açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etmişdir ki, məhz ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində yeni bir səhifə açılmış, cəmiyyət daha effektiv fəaliyyət göstərməyə başlamışdır. 1994-cü ildə Ulu öndərimizin təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyəti dövlət tərəfindən rəsmən tanınmış və Milli Məclisdə müavfiq qərar qəbul edilmişdir. Bu qərardan sonra beynəlxalq qurumlar, o cümlədən Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyası Azərbaycan Qızıl Aypara Cəmiyyətini tam bərabərhüquqlu üzvlüyə qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də cəmiyyətin fəaliyyətinə böyük diqqət yetirir. 2004-cü ildə ölkə başçısı tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında sərəncam imzalamış və bu sərəncam cəmiyyətin fəaliyyətində geniş imkanlar yaratmışdır. 2007-ci il may ayının 8-də Azərbaycan Respublikasının Milli Məclisində «Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında» Qanun qəbul edilmiş, Prezidentitmizin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə hər il mart ayının 10-u «Qızıl Aypara günü» kimi qeyd olunmağa başlanmışdır. A.Əsgərov Qızıl Aypara Cəmiyyətinin bütün üzvlərini, könüllülərini yubiley münasibəti ilə təbrik etmiş, onlara fəaliyyətlərində yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulamışdır.

Tədbirdə çıxış edən cəmiyyətin Səbail rayon bölməsinin sədri Adilə Yaqubova, Səbail Bələdiyyəsinin Komissiya sədri, Dövlət Dəniz Akademiyasının baş müəllimi Hacı Babayev, Teleradio İstehsalat birliyinin mühəndisi, ilk təşkilatın sədri Xaqani Tanverdiyev, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev və başqaları cəmiyyətin rayon bölməsinin işi, rayonda keçirilən tədbirlər, barədə ətraflı məlumat vermiş, çətinliyə, dara düşən vətəndaşlara, xəstə və kimsəsizlərə, ehtiyacı olanlara problemlərinin həllində yardımçı olan cəmiyyət üzvləri və könüllülərinin fəaliyyətini yüksək qiymətləndirmişlər.


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Millət vəkili Novruz Aslan çıxış edərək bildirmişdir ki, cəmiyyət hər zaman ölkə rəhbərliyinin diqqət və qayğısını hiss edir. Bunun təzahürüdür ki, Ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü seçilmişlər.

«Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında» Qanun qəbul edilməsi, hər il mart ayının 10-nun «Qızıl Aypara günü» kimi qeyd olunması da məhz Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə olmuşdur. Bu da ölkə rəhbərliyi tərəfindən cəmiyyətin fəaliyyətinə verilən qiymət ona olan diqqətin təzahürüdür.

Novruz Aslan son illər ərzində cəmiyyətin gördüyü işlər və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat vermişdir.

Tədbirin sonunda yubiley münasibəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Səbail rayon bölməsinin bir qrup fəalı və könüllüsünə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuş, tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin himninin birgə oxunması ilə başa çatmışdır.













 
© 2006-2009. Səbail Rayon İcra Hakimiyyəti

Səhifə WD studiyası
tərəfindən hazırlanıb.