Səbail Rayon
İcra Hakimiyyəti

 
  -cu il

 

Səbail rayonunun tarixi
Qəsəbələr
Səbail RİH Başçısı
Hüquqi sənədlər
Struktur
Fotoalbom
Əlaqə
Linklər
Arxiv
 

Yerli İcra Hakimiyyəti:
Səbail rayon İcra Hakimiyyəti,
Ünvan:
AZ1000, Ü.Hacıbəyov 30,
Tel:(+994 12) 493-10-55
Fax:(+499 12) 498-71-47
E-mail:
aparat@sabail-ih.gov.az

Yerli özünüidarəetmə orqanı:

Səbail bələdiyyəsi,
Ünvan: Neftçilər pr.
Tel:(+994 12) 492-42-16

Bakı 20-ci əsrin əvvəllərində
Bakı 20-ci əsrin əvvəllərində

Paytaxtın xəritəsi




AFFA-nın yeni layihəsi Səbail rayonunda həyata keçirilir

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən respublikda futbolun təbliği və inkişafı, gənc nəslin sağlam boyüməsi, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində bir sıra layihələr həyata keçirir və kütləvi tədbirlər təşkil edilir. Bu istiqamətdə AFFA və qurumun Futbol Akademiyası Bakının Səbail rayonunun orta məktəbləri ilə sıx əməkdaşlıq edir.

Həyata keçirilən layihələrdən biri ötən il Bakı şəhərinin orta məktəblərində «Futbol oynayaq – sağlamlığı qoruyaq» devizi altında müntəzəm seminarların keçirilməsinə olmuş və bu layihə ilk dəfə məhz Səbail rayonunda həyata keçmişdir. Bunun nəticəsi kimi AFFA-nın şəhərin 3 məktəbində 5, 6 və 7-ci siniflərdə futbolun bir fənn kimi keçirilməsi pilot layihəsində hazırda Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 saylı orta məktəb də iştirak edir.


Fevral ayının əvvəllərində respublikamızda futbolun kütləvililiyini artırmaq məqsədi ilə AFFA, Azərbaycan Respublikası Təhsil Nazirliyi, «Azercell» və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun 16 orta məktəbinin 4-cü sinif şagirdləri arasında «Məktəbli kuboku»nun keçirilməsi nə başlanmışdır. İştirakçı komandalar 4 qrupa bölünmüş, hər qrupda 4 komanda mübarizə aparacaqdır. Qruplarda ilk iki yeri tutanlar ¼ final mərhəlsinə vəsiqə qazanacaqdır. Sonra yarımfinal və final oyunları keçiriləcəkdir. Yarışın şərtlərindən biri də hər komandada 2 qız oyunçunun olmasının vacibliyidir.

İlkin yarışlar rayonun 160 saylı Klassik gimnaziyasında, 190, 163 və 236 saylı məktəblərində keçiriləcəkdir.


Ötən gün Səbail rayonunun 160 saylı Klassik gimnaziyasında «Məktəbli kuboku»na start verilmişdir. Məktəbdə keçirilən açılış mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov, futbol üzrə Azərbaycan Milli Komandasının baş məşqçisi Berti Foqts, assosiasiyanın texniki direktoru Berphard Lippert, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, veteran futbolçu İsgəndər Cavadov, Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri və başqa qonaqlar iştirak etmişlər.

Açılış mərasmində çıxış edən qonaqlar gənc futbolçulara xoş arzularını çatdırmış və onlara yarışlarda uğurlar arzulamışlar. 160 saylı Klassik gimnaziyanın kollektivi adından Milli komandamızın baş məşqçisi Berti Foqtsa xatirə hədiyyəsi təqdim olunmuş, gimnaziyanın rəqs qrupu qonaqlar və iştirakçılar qarşısında öz məharətini göstərmişlər.

Açılış oyunlarında 7 saylı orta məktəbin komandası 160 saylı Klassik gimnaziyanın futbolçularına 5 : 4 hesabı ilə, 6 saylı məktəb-liseyin komandası isə 50 sayl orta məktəbin komandasını 4 : 0 hesabı ilə qalib gəlmişlər.

Qruplardakı oyunlar davam edir.








 
© 2006-2009. Səbail Rayon İcra Hakimiyyəti

Səhifə WD studiyası
tərəfindən hazırlanıb.