Səbail Rayon
İcra Hakimiyyəti

 
  -cu il

 

Səbail rayonunun tarixi
Qəsəbələr
Səbail RİH Başçısı
Hüquqi sənədlər
Struktur
Fotoalbom
Əlaqə
Linklər
Arxiv
 

Yerli İcra Hakimiyyəti:
Səbail rayon İcra Hakimiyyəti,
Ünvan:
AZ1000, Ü.Hacıbəyov 30,
Tel:(+994 12) 493-10-55
Fax:(+499 12) 498-71-47
E-mail:
aparat@sabail-ih.gov.az

Yerli özünüidarəetmə orqanı:

Səbail bələdiyyəsi,
Ünvan: Neftçilər pr.
Tel:(+994 12) 492-42-16

Bakı 20-ci əsrin əvvəllərində
Bakı 20-ci əsrin əvvəllərində

Paytaxtın xəritəsi




Qəsəbələr
Səbail rayonu ərazisi mərkəz hissədən, iki qəsəbə – Badamdar və Bibiheybət qəsəbələri, Bayıl və 20-ci sahə adlanan yaşayış massivlərindən ibarətdir.

Badamdar qəsəbəsi

Ərazisi – 68,4 ha
Əhalisi – 21.421 nəfər və 2.196 nəfər nəfər məcburi köçkün


İcra Hakimiyyəti orqanı:
Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyi.
Ünvan: AZ–1023, R.İsgəndərov küç. 4v,
Tel.: (994-12) 439-90-46

Yerli özünüidarəetmə orqanı:
Badamdar bələdiyyəsi, Ünvan: AZ–1023,
R.İsgəndərov küç.4v,
Tel.: (994-12) 502-87-65

Bibiheybət qəsəbəsi:

XX əsrin əvəllərinə qədər Şıx kəndi kimi tanınan bu yerə 30-cu illərdə Stalinin göstərişilə onun silahdaşı olmuş Xanlar Səfərəliyevin adı verilmiş və ərazi qəsəbə statusu almışdır. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli 112 saylı qərarına əsasən Xanlar qəsəbəsi Bibiheybət qəsəbəsi adlandırılmışdır.

Bibiheybət, Bakının keçmiş Şıx kəndində türbənin adı olmuşdur. Rəvayətə görə, türbədə yeddinci imam Museyi Kazımın qızı və səkkizinci imam Rzanın bacısı Hökumə xanım, onun Heybət adlı nökəri və nəvəsi burada dəfn edilmişlər. Onların dəfn olunduğu yerdə türbə, onun yanında isə 20 m-lik minarəsi olan məscid tikilmişdi. Məscid tikildikdən sonra ətrafında şeyxlər məskən salmış, yaranmış kənd isə Şeyx, yaxud Şıx adlandırılmışdır. Məscid dənizdən 0,5 km aralı, dağın döşündə idi. Məscidin cənub divarında memarın (Mahmud ibn Səd) və Şirvanşah Axsitanın oğlu Fərruxzadın adı olan ərəbcə kitabələr həkk olunmuşdur. Bu yazılara əsasən, məscidin XIII əsrin sonunda tikildiyi ehtimal edilir. Təqribən 1900-cu ildə şimal tərəfdən türbəyə bitişik yeni məscid tikilmişdi. Türbəni «müqəddəs» hesab edən dindarlar bura ziyarətə gələrdilər. Məscid 1936-cı ildə partladılaraq tamamilə dağıdılmış, yerində Oktyabr İnqilabının 25 illiyinə həsr olunmuş şəhərə giriş qapısı tikilmişdi. 1994-cü ilin may ayında «Qurban» bayramında Ümummilli lider Heydər Əliyev bu müqəddəs yeri ziyarət edərkən Bibiheybət məscidinin yenidən bərpa olunması ilə bağlı tapşırıq və sərəncamlar vermiş, qısa müddətə həmin məkanda məscid tikilmiş və hazırda onun ətrafında geniş ziyarətgah kompleksi salınmaqdadır. 1994-cü il may ayının 21-də Qurban bayramında Ümummilli lider Heydər Əliyev bu müqəddəs yeri ziyarət edərkən Bibiheybət məscidinin yenidən bərpa olunması ilə bağlı tapşırıq və sərəncam vermiş, qısa müddət ərzində burada məscid tikilərək 1998-ci il iyulun 12-də istifadəyə verilmişdir. 2005-ci il oktyabr ayının 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bibiheybət məscidi ziyarət etmiş və məscidin ziyarətgah kompleksinə çevrilməsi, genişləndirilməsi barədə tapşırıqlar vermişdir. Hazırda ziyarətgah üçün nəzərdə tutulmuş tikililərin inşası və məscidin yanından keçən əsas magistral avtomobil yolunun genişləndirilməsi və ətraf ərazilərin abadlaşdırılması işləri aparılır.

Ərazisi – 9 kv.km
Əhalisi – 1.941 nəfər və 238 nəfər nəfər məcburi köçkün


İcra Hakimiyyəti orqanı: Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəliyi.
Ünvan: AZ–1021, Məktəbli küç.9,
Tel.: (994-12) 581-11-49

Yerli özünüidarəetmə orqanı: Bibiheybət bələdiyyəsi,
Ünvan: AZ–1021, Məktəbli küç.24,
Tel.: (994-12) 581-05-80

Qəsəbə ərazisində
yerləşən obyektlər:

Sayı

Obyektlərin adları

Oalafii

Orta təhsil məktəbi

1

50 saylı orta məktəb

491-23-50

Məktəbəqədər müəssisə

1

70 saylı uşaq bağçası və körpələr evi

491-01-47

Kitabxana

1

Bibi-Heybət qəsəbə kitabxanası

491-11-64

Mədəniyyət ocaqları

1

Bibi-Heybət qəsəbə

Mədəniyyət evi

491-01-75

491-83-66

Səhiyyə müəssisəsi

4

Şıx sanatoriyası

491-26-88

Respublika Elmi Artroloji Mərkəz
-
1 saylı Tammüalicə xəstəxana
-
Qəsəbə tibb məntəqəsi
-

İdman qurğuları

1

Mini futbol meydançası

-

İstirahət zonası

3

Qəsəbə istirahət güşəsi

-

Dostluq parkı

-

Şıx çimərliyi

-

Tarixi abidələr

1

Bibiheybət məscidi

491-45-25





 
© 2006-2009. Səbail Rayon İcra Hakimiyyəti

Səhifə WD studiyası
tərəfindən hazırlanıb.