Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlik zirvəsinə ucalmış Cavidan İbrahimlinin doğum günü münasibətilə məzarı ziyarət edildi

24 mart 2021 | 16:00

Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də İbrahimli Cavidan Nizami oğludur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Cavidan İbrahimlinin bu gün doğum günüdür.
Martın 24-də Səbail Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları şəhidin ailə üzvləri ilə birlikdə İbrahimli Cavidan Nizami oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla yad olunmuş, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq,  xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər