Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 2 Fevral Gənclər gününə həsr olunmuş "Hər birimiz bir əsgərik!" adlı tədbir keçirilmişdir

02 fevral 2021 | 16:00

"Hər birimiz bir əsgərik!" - Gənclər gününə həsr olunmuş tədbir Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi, Səbail rayonu Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə videokonfrans formatında keçirilmişdir. Tədbirdə Vətən Müharibəsində iştirak etmiş bir qrup zabit və əsgər, 7 nömrəli tam orta məktəbin müəllim, şagird və məzunları, Səbail Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak etmişlər.
Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb. Vətən müharibəsi zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Vətən Müharibəsi iştirakçıları Azərbaycan ordusunu şanlı qələbəyə aparan zəfər yolundan, döyüşlərdə qəhrəman əsgərlərimizin necə şücaətlə vuruşduqları barədə və  torpaqlarımız azad olunduqca yaşadıqları hisslərdən söz açmışlar.
Tədbirdə çıxış edən Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kəmalə Həşimova Böyük Qələbə münasibəti ilə qalib əsgərimizi təbrik edərək bu qələbədə Ali Baş Komandan cənab İlham Əliyevin və Rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd etmişdir: “Vətən müharibəsində Müzəffər Ordumuz 44 gün ərzində düşmənin mövqelərini darmadağın edərək işğal altında olan torpaqlarımızı azad etdi. “Dəmir yumruq”la düşməni əzib məhv edən Ali Baş Komandan İlham Əliyev yeni reallıqlar yaratdı. Ümummilli Lider Heydər Əliyevin vəsiyyəti, Azərbaycan xalqının arzusu gerçəkləşdi. Bu reallığı yaradan görkəmli dövlət xadimi Prezident İlham Əliyev tarixdə öz adını və izini qoydu. “Qarabağ münaqişəsi" deyilən termin artıq tarixə qovuşdu".
Daha sonra 7 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şeir və musiqilər səsləndi. Eyni zamanda ölkəmizi müxtəlif sahələrdə, çoxşaxəli fəaliyyəti ilə təmsil edən fəxri məzunlar gənclər günü münasibətilə tədbir iştirakçılarını təbrik etdilər.

Keçidlər