Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə məktəbəqədər təhsil müəssisələrində dezinfeksiya tədbirləri davam edir

05 sentyabr 2020 | 16:00

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bayıl yaşayış sahəsi, Əlibəyov qardaşları küçəsi 84 ünvanında yerləşən 85 saylı körpələr evi-uşaq bağçası və 20-ci yaşayış sahəsi, Salyan şossesi 11 ünvanında yerləşən 91 saylı körpələr evi-uşaq bağçasında dezinfeksiya tədbirləri həyata keçirilmişdir.
Zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən körpələr evi-uşaq bağçalarının həyətləri, qrup otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, camaşırxana və digər köməkçi otaqları dezinfeksiya olunmuşdur.
Rayon ərazisində dezinfeksiya işləri Rayon İcra Hakimiyyəti başçısının yanında yaradılan operativ qərargah tərəfindən tərtib edilən qrafikə uyğun olaraq həyata keçirilir.

Keçidlər