Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 2016-cı ilin doqquz ayının yekunları müzakirə olunmuşdur

18 oktyabr 2016 | 16:00

Səbail Rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

Rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan  Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov qeyd etmişdir ki, müstəqilliyimizin bərpasının 25 illiyi tamam olur. Bu müddət ərzində Azərbaycan xalqı dövlət quruculuğu prossesində ən ümdə amal, arzu və istəklərini reallaşdıraraq bütün sahələrdə əldə etdiyi nailiyətlərlə fəxr edirlər. Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələri möhkəmlənmiş, ölkə iqtisadiyyatı inkişaf etmişdir. Bu gün isə inkişafın Azərbaycan modeli dünyada bir nümunəyə çevrilib, bir çox yerlərdə Azərbaycanın təcrübəsi öyrənilir.

2016-cı ildə də Prezident İlham Əliyevin həyata keçirdiyi ciddi iqtisadi islahatlar öz müsbət nəticələrini verməkdədir. Dünya iqtisadiyyatında böhran və gərginlik davam etsə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin olunub. Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev islahatların daha da dərinləşəcəyini, regionların sosial-iqtisadi inkişafı ilə bağlı yeni layihələrin həyata keçiriləcəyini vurğulamışdır. Bununla əlaqədar ölkəmizin uğurları naminə hər kəs üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.

Eldar Əzizov qeyd etmişdir ki, bu ilin sentyabr ayının 26-da ölkəmizin ictimai-siyasi həyatında mühüm və əlamətdar bir hadisə olan Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) demokratik, ədalətli və şəffaf şəkildə keçirilmişdir. Rayonda referendum qabağı hazırlıq və təbliğat işləri yüksək səviyyədə təşkil olunmuş, rayon seçicilərin 60,8 %-i bu referendumda iştirak etmiş və çox böyük səs çoxluğu ilə referendumla bağlı suallar müsbət cavablandırılmışdır ki, bu da ölkə başçısı cənab İlham Əliyevin yürütdüyu siyasət və gördüyü işlərin səbaillilər  tərəfindən dəstəklənməsi kimi qiymətləndirilməlidir.
Eldar Əzizov ötən 9 ay ərzində ölkədə əldə olunmuş uğurlar, həyata keçirilən layihələr barədə məlumat verərək Səbail rayonunda görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə danışdı.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirdi ki, cari ilin 9 ayında Səbail rayonu üzrə iri sənaye  müəssisələri tərəfindən 14 milyard 177,3 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artmış, iri nəqliyyat  müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 287,6 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,3  faiz az olmuşdur. Rabitə müəssisələri tərəfindən görülmüş iş və ximətlərin dəyəri 92.8 milyon manat olmuşur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7.3 faiz azalmışdır. 
9 ay ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 6 milyard 471.4  milyon manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 22,8 faiz çox, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 4.281,0  milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26.0 faiz  çox olmuşdur.
Rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  304.9 milyon manat məbləğində  və ya ötən ilin eyni dövründən 3,8 faiz çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən əhaliyə 114.6 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1  çoxdur.
İlin əvvəlindən Səbail rayonunda çalışan işçilərin sayı 113844  nəfər, orta aylıq əmək haqqının məbləği isə 1318.1  manat olmuşdur ki, bu da keçən illə müqayisədə  17.2  % çoxdur.
9 ay ərzində Səbail rayonu ərazisində 2765 yeni daimi iş yeri,  ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.10.2016-ci il tarixinə kimi  51285  yeni iş yerləri acilmişdir ki, bunun da 47817–i daimi iş yerləridir.
9 ay ərzində  Səbail rayonunda 659 doğum və 318 ölüm,  826  nikah və 182 boşanma halları qeydə alınmışdır. 
Qeyd olunmuşdur ki, cari ildə rayonda Ali neft məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, Bakı Baş Kömrük İdarəsi üçün yeni inzibati binanın tikintisi və Bibiheybət qəsəbəsindəki «Şıx» sanatoriyasında əsaslı təmir-yenidənqurma işləri başa çatmışdır. Hazırda rayon ərazisində "Xəzər Waterfront" ticarət-əyləncə mərkəzinin, Bakı Media Mərkəzinin, yeni «İnterkontinental» mehmanxanasının,  curnalistlər üçün  yeni binanın tikintisi və «Dinamo» mehmanxanasının, İncəsənət muzeyinin əsaslı təmiri aparılır.
Мart ayında  Badamdar qəsəbəsində yaradılmış «Abad Məhəllə»nin davamı olaraq, Bayıl yaşayış sahəsindəki Aydın Məmmədov küçəsi 74 ünvanında yerləşən məhəllədə RİH tərəfindən əsaslı təmir işləri aparılmışdır. Burada binanın fasad və giriş hissələri,  eyvanlar  təmir olunmuş, blok qapıları dəyişdirilmiş, pilləkənlər yenidən qurularaq bura aqlay döşənmiş, geniş söhbətgah və oturacaqlar, uşaqlar üçün əyləncə və müxtəlif idman qurğuları quraşdırılmış, süni örtüklü mini stadion tikilmiş, sentyabrın 19-da sakinlərin istifadəsinə verilmişdir.
RİH tərəfindən Bibiheybət qəsəbəsində «Şıx» ərazisindəki dağ massivində “Ekoloji park”ın yaradılması işləri davam etdirilib və ilin əvəlindən parkda 24 ha sahədə 70 min yeni ağac əkilərək onlara gündəlik qulluq göstərilir. Hazırda növbəti 10 ha-da suvarma sistemi qurulub və yeni ağaclar üçün çalalar qazılıb.
Hazırda Dövlət Proqramına uyğun olaraq  Badamdar qəsəbəsində 3 ədəd yeni su anbarlarının tikintisi davam edir.
«Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi» layihəsi çərçivəsində  Badamdar  qəsəbəsində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər sürətlə davam edir, əsas küçələrdə qazılan xəndəklər doldurularaq hissə-hissə asfaltlanır və  işlər başa çatdıqdan sonra sakinlər gün ərzində su ilə təchiz olunacaq, kanalizasiya ilə bağlı problemlər tam həllini tapacaqdır.
Badamdar qəsəbəsində aparılan abadlıq-quruculuq işləri çərçivəsində RİH tərəfindən 1-ci yaşayış massivi, 9-cu döngə küçəsində böyük abadlıq işləri aparılmış, həmçinin RİH tərəfindən qəsəbənin əsas küçəsi olan Badamdar yolunun müasir standartlara uyğun yenidənqurulması ilə bağlı layihələndirmə işləri aparılıb və yaxın vaxtlarda bu işlərə başlanacaqdır.
Şəhərin mərkəzində yerləşən yaşayış binalarının fasadlarının üzlənməsi  və dam örtüyünün təmiri işləri çərçivəsində müvafiq işlər həyata keçirilmiş, Puşkin küçəsi 10 və Mətbuat prospekti 2 ünvanlarındakı binalarda təmir işləri artıq başa çatmaq üzrədir.
Ölkə başçısının təşəbbüsü ilə rayonumuzda tikinti, xüsusilə də mənzil tikintisi məsələlərinə diqqət artırılmışdır. Şəhərin mərkəz hissəsində,  həmçinin  Bayıl-20-ci yaşayış sahəsində tam yenidənqurmaya ehtiyacı olan,  şəhərimizin ümumi görünüşünə və gözəlliyinə xələl gətirən  yaşayış binalarının sökülüb yerində müasir binalarının tikintisi ilə bağlı tikinti məsələləri ilə məşğul olan sahibkarlar tərəfindən 9-dan çox müasir layihə işlənib təsdiq olunmuşdur. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir. Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar, Fuad Əbdülrəhmanov küçələrində çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı hazırlıq işləri gedir, layıhələrin ekspertizası aparılır, bir neçə ünvanda inşaat  işlərinə başlanılıb.
Bu işlərin həyata keçirilməsi ilə bir sıra istehsal sahələrinin bu layihələrə cəlb olunması, yeni iş yerlərinin açılması və ən əsası sakinlərimizin işlə təminatı məsələləri öz həllini tapacaqdır.
Görülən işlərlə yanaşı həmçinin rayon İcra Hakimiyyəti tərəfindən bir sira  tədbir, dəyirmi masa, görüş və s. təşkil olunmuş, rayonun idarə, müəssisə və təşkilatlarında keçirilən tədbirlərdə RİH-nin nümayəndələri iştirak etmişlər.
Zalda quraşdırılmış mikrofona yaxınlaşan rayon sakinləri müxtəlif istək və  təklifləri -  20-ci sahədə nəqliyyatla bağlı yaranmış problemlər, buradakı dayanajaqda post terminalın olmaması, qanunsuz torpaq zəbti və qeyri-qanuni tikinti işləri aparılmasının qarşısının alınması, Dövlət mənzil fondunun qorunması istiqamətində işlərin genişləndirilməsi, ərazinin sanitar təmizliyi, məktəblərdə dərsə davamiyyətin vəziyyəti və s. məsələlər toxunuldu, sakinləri narahat edən suallar cavablandırıldı, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Tədbirdə Səbail RİHBA İctimai-siyasi və humanitar məsələlər şöbəsinin böyük məsləhətçisi Rasim İbrahimova Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən dövlət qulluğunda uzun illər səmərəli fəaliyyətinə görə «Tərəqqi» medalı təqdim edilib.

 

 

 

 

 

Keçidlər