Şriftin ölçüsü :

Saytın rəngi :

Nyu-York şəhərinin Bruklin inzibati rayonu nümayəndə heyəti Səbail rayon İcra Hakimiyyətində qəbul edilmişdir

31 avqust 2016 | 16:00

Paytaxtımızın mərkəzi  rayonu olan Səbail rayonu ABŞ-nın Nyu York şəhərinin Bruklin inzibati rayonu arasında yaradılmış dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənməkdədir. Əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində mütəmadi olaraq hər iki rayonun nümayəndələri arasında görüşlər keçirilir, müxtəlif birgə tədbirlər təşkil olunaraq gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunur.
Bakı şəhərində səfərdə olan ABŞ Nyu York şəhəri Bruklin inzibati rayonunun prezidenti cənab Erik Adamsın başçılıq etdiyi, Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti xanım Marietta Yusim-Rozental və assosiasiyanın Azərbaycan-Amerika əlaqələrinin möhkəmləndirilməsi və inkişafında böyük rolu olan üzvlərindən bir qrupunun daxil olduğu nümayəndə heyəti Səbail rayon İcra Hakimiyyətində qəbul olunmuşlar.
Nümayəndə heyətini İcra Hakimiyyəti binasında qəbul edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov qonaqları salamlamış, ölkəmizin son illərdə bütün sahələrdə qazanılmış sürətli inkişaf və uğurlar barədə danışmış, Səbail rayonu, onun tarixi, rayonun bu günki inkişafı barədə məlumat vermişdir. Eldar Əzizov xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdikləri müdrik siyasət nəticəsində Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xüsusilə son illər ərzində ölkəmizdə bir sıra irimiqyaslı beynəlxalq tədbirlərin təşkil olunduğunu qeyd etmişdir.
Bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin birbaşa nəzarəti altında Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində paytaxtımızın gündən-günə gözəlləşməsi, ölkəmizin müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi etməsi, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi, o cümlədən bu yaxınlarda 42-ci Şahmat Olimpiadasının və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da keçirilmə yerinin məhz Bakı olması Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun artmasını göstərir.
Ölkəmizin son illər bütün sahələrdə sürətli inkişafından və uğurlarından danışan Eldar Əzizov Nyu-Yorkun Bruklin ilə Bakının Səbaıl rayonları arasında işgüzar münasibətlərin qurulmasının tərəflər arasında əlaqələrin daha da intensivləşməsinə, xüsusilə də mədəniyyət və turizm sahələrində qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də xalqlarımız arasında təmasların genişlənəcəyinə təkan olduğunu vurğulamışdır.
Nümayəndə heyətinin rəhbəri Nyu York şəhəri Bruklin inzibati rayonunun prezidenti cənab Erik Adams nümayəndə heyətinin Bakıda qarşılanması və onlara yaradılan şəraitə görə öz minnətdarlığını bildirib. Cənab E.Adams artıq bir neçə dəfə Bakıda olduğunu və Bakı şəhərinin gözəlliyinə heyran qaldığını qeyd etmiş şəhərdə qısa müddət ərzində çox böyük dəyişikliklərin olduğunu bildirmişdir.
Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti xanım Marietta Yusim-Rozental və nümayəndə heyətinin digər üzvləri də Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını bildirmiş, şəhərdə və onun mərkəzi rayonu olan Səbail rayonunda  görülən işləri yüksək qiymətləndirmiş, qeyd etmişlər ki, Nyu-Yorkun Bruklin inzibati rayonu ilə Bakı şəhərininin  Səbail rayonu arasında yaranan dostluq telləri hər iki dövlət arasında əlaqələrin daha da möhkəmləndirilməsi, Azərbaycanın ABŞ-da daha yaxından tanınması və təbliği işində böyük rol oynayır.
Görüşdə hər iki rayon arasında mədəniyyət və təhsil sahələrindəki, xüsusilə məktəblilər arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərinə toxunuldu və qonaqlara hədiyyələr təqdim olundu.
Daha sonra isə qonaqlar, Səbail Rayon ictimaiyyətinin nümayəndələri, ölkəmizin mədəniyyət və incəsənət xadimləri ilə birlikdə  Beynəlxalq Muğam Mərkəzində görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın  110 illik yubileyi münasibəti ilə şair-yazıçı Nobert  Yevdayevin tərcüməsində rus dilində çap olunmuş «Поема Шахрияра. Приветствие Гейдарбабе»  kitabının təqdimat mərasimində iştirak etmişlər.
Səfər günlərində qonaqlar paytaxtın mərkəzi rayonu olan Səbail rayonundakı görməli yerlər, park və xiyabanlar, yeni tikilmiş idman obyektləri ilə yaxından tanış olacaqlar.

Keçidlər