Home Contact Phone
background
  • Ünvan: AZ–1000, Bakı şəhəri, Üz.Hacıbəyov 30
  • Faks: (+994-12) 498-71-47
  • E-mail: mail@sabail-ih.gov.az

Xəbərlər

  • Hüseynov İsmayıl Şahvələd oğlunun Vətən m...

    Hüseynov İsmayıl Şahvələd oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu

    2021-10-09

    Vətən müharibəsində qəhrəmancasına şəhid olan Hüseynov İsmayıl Şahvələd oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il ötür. Oktyabrın 9-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Hüseynov İsmayıl Şahvələd oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur.

  • Səbail rayonunda Vətən müharibəsi şəhidlər...

    Səbail rayonunda Vətən müharibəsi şəhidlərinin barelyeflərinin açılış mərasimi keçirilib

    2021-10-08

    Oktyabrın 8-də Səbail rayonu 162 nömrəli tam orta məktəbdə Vətən müharibəsində şəhid olmuş Ağayev Cavidan Mirzağa oğlunun, Hüseynov İsmayıl Şahvələd oğlunun, Tağıyev Əli Aydın oğlunun və Qənbərov Bilal Xanlar oğlunun, daha sonra 51 nömrəli tam orta məktəbdə Vətən müharibəsində şəhid olmuş Qurbanov Murad Asif oğlunun əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan barelyeflərin açılış mərasimi keçirilmişdir.

  • Səbail rayonunda görkəmli şərqşünas alim Ai...

    Səbail rayonunda görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

    2021-10-07

    Oktyabrın 7-də Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksində şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın doğum gününə həsr olunmuş tədbir keçirilmişdir.

  • Səbail rayonunda məcburi köçkünlərin müvəq...

    Səbail rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların dam örtükləri təmir olunmuşdur

    2021-10-06

    Səbail Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanalara baxış keçirmiş, müəyyən olunmuşdur ki, ümumilikdə 230 nəfər qaçqın və məcburi küçkünün məskunlaşdığı A.İsmayılov küçəsi 88/3 ünvanında yerləşən 46 ailənin yaşadığı Təhsil Nazirliyinə məxsus 3 saylı yataqxananın, Buxta küçəsi 212 ünvanında yerləşən 6 ailənin yaşadığı Bibiheybət NQÇ-yə məxsus inzibati binanın və Bibiheybət qəsəbəsində yerləşən 8 ailənin yaşadığı 26 saylı uşaq sanatoriyası binasının dam örtükləri yararsız vəziyyətdədir. Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəsmi müraciət ünvanlanmış, sözügedən ünvanlarda yerləşən yataqxanaların yararsız vəziyyətdə olan dam örtükləri təmir olunmuşdur.

  • Ağayev Cavidan Mirzağa oğlunun Vətən müharib...

    Ağayev Cavidan Mirzağa oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu

    2021-10-03

    Bu gün Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları tərəfindən şəhid Ağayev Cavidan Mirzağa oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

  • Əhədzadə İlkin Qələmşah oğlunun Vətən m...

    Əhədzadə İlkin Qələmşah oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu

    2021-10-01

    Oktyabrın 1-də Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları və şəhidin ailə üzvləri tərəfindən Əhədzadə İlkin Qələmşah oğlunun II Fəxri Xiyabandakı məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

  • Payız-qış mövsümündə yanğın təhlükəsiz...

    Payız-qış mövsümündə yanğın təhlükəsizliyi qaydalarına diqqət artırılmalıdır

    2021-09-29

    Yanğınların statistikası göstərir ki, payız-qış mövsümündə havaların soyuması, insanların istilik sisteminə tələbatlarının yaranması və bu məqsədlə elektrik və qaz təsərrüfatından daha çox istifadə etməsi nəticəsində yanğınların sayı yaz-yay dövrü ilə müqayisədə artır.

  • Səbail rayonunun küçə və prospektlərində ya...

    Səbail rayonunun küçə və prospektlərində yağış sularının kənarlaşdırılması üçün kompleks tədbirlər davam edir

    2021-09-29

    Yağıntılar zamanı Səbail rayonunun bəzi küçə və prospektlərinin hərəkət hissəsində yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış barmaqlıqları və yağış-kanalizasiya quyularının içərisi təmizlənərək yağış-kanalizasiya sistemlərinin ötürücülüyü bərpa olunur.

  • Şəhidimiz Qənbərov Bilal Xanlar oğlunun doğu...

    Şəhidimiz Qənbərov Bilal Xanlar oğlunun doğum günü münasibətilə məzarı ziyarət edildi

    2021-09-29

    Sentyabrın 29-da Səbail RİH başçısının müavini Eldar Ağayev, RİHBA-nın məsul əməkdaşları tərəfindən şəhid Qənbərov Bilal Xanlar oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

  • Səbail Rayon İcra Hakimiyyətində təcrübə ke...

    Səbail Rayon İcra Hakimiyyətində təcrübə keçən daha bir qrup könüllüyə sertifikatlar təqdim edilmişdir

    2021-09-28

    Sentyabrın 28-də Səbail Rayon İcra Hakimiyyətində könüllülərlə keçdikləri təcrübə müddətinin başa çatması ilə əlaqədar görüş keçirilmişdir.

  • 27 sentyabr ölkəmizdə Anım günüdür

    27 sentyabr ölkəmizdə Anım günüdür

    2021-09-27

    27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

  • Səbail Rayon İcra Hakimiyyətində 27 sentyabr ...

    Səbail Rayon İcra Hakimiyyətində 27 sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

    2021-09-27

    27 sentyabr – Anım Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov əməkdaşlar ilə birgə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

  • Səbail rayonunda 27 sentyabr - Anım Günü ilə ...

    Səbail rayonunda 27 sentyabr - Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub

    2021-09-27

    Sentyabrın 27-də Anım Günü ilə bağlı Səbail rayonu, Badamdar qəsəbəsi, Dostluq küçəsində yerləşən Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

  • 27 sentyabr - Anım Günü ilə bağlı Badamdar q...

    27 sentyabr - Anım Günü ilə bağlı Badamdar qəsəbəsində “Şəhidlər abidəsi” ziyarət edilmişdir

    2021-09-27

    27 sentyabr - Anım Günü ilə bağlı Səbail rayonunda aparılan silsilə tədbirlər çərçivəsində Badamdar qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidəsi” ziyarət olunmuşdur. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

  • Səbaildə Vətən müharibəsi şəhidlərinin xa...

    Səbaildə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ağacəkmə aksiyasında 500-dən çox ağac əkilib

    2021-09-27

    27 sentyabr - Anım Gününə ehtiram əlaməti olaraq “Sahil bağı”nda Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunmuşdur. Tədbirdə RİH başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

  • Yeni təhsil ilinin başlanması münasibətilə ...

    Yeni təhsil ilinin başlanması münasibətilə şəhid İlkin Əhədzadənin övladları ilə görüş keçirilib

    2021-09-26

    Sentyabrın 25-də Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin mayoru Əhədzadə İlkin Qələmşah oğlunun övladları ilə görüş keçirilmişdir. Görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları və şəhidin ailə üzvləri iştirak etmişlər.

  • Səbail rayonunda 239 nömrəli tam orta məktəbd...

    Səbail rayonunda 239 nömrəli tam orta məktəbdə 27 sentyabr – Anım günü ilə əlaqədar tədbir keçirilmişdir

    2021-09-24

    Sentyabrın 24-də Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 239 nömrəli tam orta məktəbdə “Qarabağ Azərbaycandır” lektoriyasında “Səbail Rayon Şəhidləri” guşəsinin açılışı ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, 239 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak etmişlər.

  • YAP Səbail rayon təşkilatının yeni sədri par...

    YAP Səbail rayon təşkilatının yeni sədri partiya fəallarına təqdim olunub

    2021-09-22

    Sentyabrın 21-də Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının yeni sədri Muxtar Nağıyev ərazi partiya təşkilatlarının sədrlərinin iştirakı ilə keçirilən yığıncaqda yerli təşkilatların partiya fəallarına təqdim olunub. Tədbirdə eyni zamanda Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov iştirak etmişlər.

  • Səbaildə xüsusi qayğıya ehtiyacı olan sakinl...

    Səbaildə xüsusi qayğıya ehtiyacı olan sakinlər yaşadıqları ünvanda peyvənd olunurlar

    2021-09-17

    Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində bütün bölgələrdə olduğu kimi, Səbail rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunma prosesi uğurla davam edir.

  • Səbail rayonunda yerləşən quru otlaq sahələr...

    Səbail rayonunda yerləşən quru otlaq sahələrində növbəti iməcilik aksiyası

    2021-08-26

    Belə ki, avqustun 26-da Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail Rayon Mənzil Komunnal Təsərrüfat Birliyinin, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və Bələdiyyələrin əməkdaşları tərəfindən Bayıl yaşayış sahəsində yerləşən Xanlar parkında və ətrafında 12 min kv.m-dən artıq quru otlaq sahəsində iməcilik aksiyası keçirlimiş, qeyd olunan ərazi məişət və sənaye tullantılarından təmizlənmişdir.

  • Səbaildə məktəblilər arasında V Ümumrespubl...

    Səbaildə məktəblilər arasında V Ümumrespublika Uşaq Forumunun seçim turu keçirilmişdir

    2021-08-25

    Avqustun 24-də Səbail Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Probləmləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə növbəti V Respublika Uşaq formunun Səbail rayon məktəbliləri arasında seçim turu keçirilmişdir.

  • Səbail rayonunda xüsusi karantin rejimi ilə əl...

    Səbail rayonunda xüsusi karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər gücləndirilmiş qaydada davam edir

    2021-08-23

    Koronavirus (COVID-19) pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Səbail rayonu ərazisində qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda Səbail Rayon İcra Hakimiyyəti və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən gücləndirilmiş qaydada maarifləndirmə, eyni zamanda nəzarət-profilaktik tədbirlər həyata keçirilmiş, vətəndaşlara tibbi maskalar paylanılmışdır.

  • Şəhidimiz Əliyev Fərid Pirəli oğlunun doğum...

    Şəhidimiz Əliyev Fərid Pirəli oğlunun doğum günü münasibətilə məzarı ziyarət edildi

    2021-08-14

    Bu gün xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından keçən igid Vətən oğullarımızdan biri Şəhidimiz Əliyev Fərid Pirəli oğlunun doğum günüdür.

  • Şəhid Əli Tağıyevin doğum günü münasibət...

    Şəhid Əli Tağıyevin doğum günü münasibətilə məzarı ziyarət edildi

    2021-08-07

    Avqustun 7-də Səbail RİH başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Tağıyev Əli Aydın oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

  • Səbaildə Qurban bayramı ərəfəsində Vətən ...

    Səbaildə Qurban bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi

    2021-07-17

    İyulun 16-da Qurban bayramı ərəfəsində Səbail rayonu, Badamdar qəsəbəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının məzarları RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və qazilər tərəfindən ziyarət olunmuşdur.

əvvəlki [2] növbəti