Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 22 aprel Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar iməclik aksiyası keçirilib

22 aprel 2022 | 16:00

22 aprel Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədi ilə Şıx çimərliyinin sahil zolağı və yol kənarı boyunca iməclik aksiyası keçirilmişdir. Tədbirdə RİHBA-nın məsul əməkdaşları, könüllü gənclər və  ADPU tələbə təşkilatının üzvləri iştirak etmişlər.  Aksiya zamanı ərazi bərk məişət və digər növ tullantılardan təmizlənmişdir. Aksiyanın məqsədi sahilyanı ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən dəniz sahillərində təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsidir.

Keçidlər