Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 2022 ilin “Şuşa ili” elan olunması ilə bağlı tədbir keçirilib

19 aprel 2022 | 16:00

Aprelin 15-də Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının birgə təşəbbüsü ilə “Şuşa İli” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Səbail RİHB-nın müavini Eldar Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev, Səbail RİHBA-nın məsul əməkdaşları, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin bir qrup üzvü iştirak etmişlər.
Tədbir Vətən müharibəsində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbiri giriş sözü ilə açan Səbail RİHB-nın müavini Eldar Ağayev qeyd etmişdir ki, Ölkə başçısı cənab İlham Əliyev yanvarın 5-də “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Qarabağın tacı olan Şuşa Azərbaycan xalqı üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Tədbir zamanı qeyd olunmuşdur ki, ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Azərbaycan Respublikasında Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Ən əsası Ulu öndər Heydər Əliyevin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Keçidlər