Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda sanitar təmizliyin vəziyyətinə həsr olunmuş müşavirə keçirilmişdir

31 dekabr 2021 | 16:00

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar qeyri iş günlərində rayon ərazisində sanitar təmizliyinin təmin edilməsi ilə bağlı müşavirə keçirilmişdir.
Müşavirədə RİHB-nın müavinləri, RİHBA-nın şöbə müdirləri, sahə inzibati dairələr üzrə başçının nümayəndələri, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri və digər xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
İclasda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisinin daima təmiz saxlanılması, məişət tullantılarının vaxtında daşınması rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əsas vəzifəsi olduğunu bildirmiş, eyni zamanda sakinlərin narazılığına səbəb olan bütün neqativ halların  aradan qaldırılması, qeyri-qanuni tikinti işlərinin aparılmasına yol verilməməsi və küçə ticarətinin qarşısının alınması ilə bağlı müvafiq tapşırıqlar vermişdir. RİH başçısı müşavirə iştirakçılarına verilən tapşırıqların vaxtında, düzgün və məsuliyyətlə icra olunması ilə əlaqədar göstərişlər vermişdir.

Keçidlər