Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Budaqov Yusif Ramiq oğlunun doğum günü münasibətilə məzarı ziyarət olundu

11 oktyabr 2021 | 16:00

Bu gün xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canlarından keçən igid Vətən oğullarımızdan biri Şəhidimiz Budaqov Yusif Ramiq oğlunun doğum günüdür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Yusif Budaqov oktyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Oktyabrın 11-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri,  RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Budaqov Yusif Ramiq oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Vətən Müharibəsi şəhidi Yusif Budaqovun məzarı önündə çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “Ötən il Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi zəfərə imza atdı. Həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız bu tarixi Zəfərdə böyük qəhrəmanlıq nümayiş etdirdilər. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda  canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərinə, qazilərə, müharibə iştirakçılarına göstərilən dövlət qayğısı ilbəil artır. Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görülür”.
Şəhidin anası Lətafət Budaqova şəhid ailələrinin, qazilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və qayğısı ilə əhatələndiyini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.

Keçidlər