Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Qənbərov Bilal Xanlar oğlunun doğum günü münasibətilə məzarı ziyarət edildi

29 sentyabr 2021 | 16:00

Bu gün xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından keçən igid Vətən oğullarımızdan biri Şəhidimiz Qənbərov Bilal Xanlar oğlunun doğum günüdür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Bilal Qənbərov noyabrın 4-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Sentyabrın 29-da Səbail RİH başçısının müavini Eldar Ağayev, RİHBA-nın məsul əməkdaşları tərəfindən şəhid Qənbərov Bilal Xanlar oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunaraq,  xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər