Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Əliyev Fərid Pirəli oğlunun doğum günü münasibətilə məzarı ziyarət edildi

14 avqust 2021 | 16:00

Bu gün xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından keçən igid Vətən oğullarımızdan biri Şəhidimiz Əliyev Fərid Pirəli oğlunun doğum günüdür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Fərid Əliyev noyabrın 6-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Avqustun 14-də Səbail RİH başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Əliyev Fərid Pirəli oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunaraq,  xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər