Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əli Tağıyevin doğum günü münasibətilə məzarı ziyarət edildi

07 avqust 2021 | 16:00

Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan Tağıyev Əli Aydın oğlunun doğum günüdür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Əli Tağıyev oktyabrın 13-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Avqustun 7-də Səbail RİH başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Tağıyev Əli Aydın oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuş, şəhidlərin ruhuna dualar oxunaraq,  xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər