Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində iştirak etmiş Səbail RİHBA-nın şöbə müdiri Orxan Aydınov medallarla təltif olunub

24 iyun 2021 | 16:00

Səbail RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsinin iştirakçısı, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş Aydınov Orxan Xəqani oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Eyni zamanda qeyd edirik ki, şöbənin böyük məsləhətçisi, Vətən müharibəsinin iştirakçısı, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş Quliyev Nicat Əlyar oğlu da daha əvvəl “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Hər iki əməkdaş İkinci Qarabağ müharibəsində iştirak etmiş və möhtəşəm Zəfərimizin qazanılmasına öz töhfəsini vermişlər. Qələbəmizin qəhrəmanları ilə qürur duyuruq!

Keçidlər