Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilmişdir.
18-23 yanvar 2021-ci il tarixlərində Bakı Şəhər İcra Hakimiyyətnin təşəbbüsü və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən Müharibəsi - Qarabağ Zəfəri” mövzusuna həsr olunmuş videokonfrans keçirilmişdir. Konfransda RIHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etmişlər.
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Səbail rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən rayon ərazisində koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə olunan şəxslər və onların ailə üzvləri ilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir.
Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, eləcə də iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır.
20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət edib. RİH başçısı ilə birgə millət vəkili Nigar Arpadarai, RİHB-nın müavinləri və məsul əməkdaşları şəhidlərin əziz xatirəsini yad edib, dərin hörmət və ehtiramlarını ifadə ediblər.