Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilmişdir

31 dekabr 2021 | 16:00

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Səbail Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və bələdiyyələrin əməkdaşları iştirak etmişlər.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov ilk öncə tədbir iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmiş, bu əlamətdar günün əhəmiyyətindən, o cümlədən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədə xalqımızın göstərdiyi birlik və həmrəyliyin bütün dünyaya sübut olunduğunu bildirmişdir.
Tədbir zamanı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” təltif edilmiş Səbail RİHBA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Məmmədova Suğra Tərlan qızının medalı təqdim olunmuşdur.
Daha sonra Səbail rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanlar ilə təltif edilmişlər.

Keçidlər