Martın 1-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak edib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanının icrası çərçivəsində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə Səbail Rayon İcra Hakimiyyətində təyinat olub.
Fevralın 23-də Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Səbail rayonu, Salyan şossesi 32 ünvanında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunmuşdur.
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaq məqsədilə Səbail rayonunda RİHBA-nın əməkdaşlarının, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və mobil qrup üzvlərinin iştirakı ilə fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində monitorinqlər davam edir.